- İspaniya L.L.
- 23:08 24.12.2025
“Barselona”nın yarımmüdafiəçisi Pedri baş məşqçi Hans-Diter Flik barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Flik böyük bir qüvvədir. Klub daxilində, ciddi yanaşma baxımından çox şeyi dəyişib. Kluba alman üslubu gətirib. Həyatda isə ailəyə böyük önəm verir. O, həmişə bizə kömək edir və xüsusilə taktiki məsələlərdə məsləhətlər verir”
Qeyd edək ki, Flik 2024-cü ilin yayında “Barselona”nın baş məşqçisi təyin olunub. 18 turdan sonra katalon klubu La Liqa turnir cədvəlində liderdir və 46 xal toplayıb. 3 yanvar “Barselona” 18-ci turun çərçivəsində səfərdə “Espanyol”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.