25 dekabr 2025. Cümə axşamı

“Biz dörd dost peşəkar futbolçu olmağı arzulamışıq”


“Biz dörd dost peşəkar futbolçu olmağı arzulamışıq”

“Barselona”nın və İspaniya yığmasının yarımmüdafiəçisi Pedri dostlarının ona necə motivasiya verdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Mundo Deportivo" futbolçunun dediklərini belə çatdırıb.

“Mənim dostlarım mənə təzyiq göstərirlər. Onlardan biri daim zarafat edir: ‘Bu oyunda nə qədər pis oynadın’. Onlar məni tam gücümlə oynamağa sövq edirlər. Biz dörd nəfərik və hamımız peşəkar futbolçu olmağı arzulamışıq. Təbii ki, dostlarla oynamağı darıxıram. Uşaqlıqdan kəndimdə oynayanda da təzyiq var idi – mən həmişə qalib gəlmək istəyirdim”

Qeyd edək ki, “Barselona” 3 yanvar 19-cu turun çərçivəsində səfərdə “Espanyol”la qarşılaşacaq. Hansa-Diter Flikin komandası 2025-ci ili La Liqa turnir cədvəlində lider kimi başa vurub.







İspaniya L.L.

"Flik çox şeyi dəyişdi"
  • İspaniya L.L.
  • 23:07 24.12.2025
"Flik çox şeyi dəyişdi"
Pedri yenidən Messi ilə oynamaq istəyir
  • İspaniya L.L.
  • 22:06 23.12.2025
Pedri yenidən Messi ilə oynamaq istəyir