25 dekabr 2025. Cümə axşamı

Yamal Avropanın beş aparıcı liqasında ən çox driblinq edən futbolçu oldu


Yamal Avropanın beş aparıcı liqasında ən çox driblinq edən futbolçu oldu

“Barselona”nın vingeri Lamin Yamal 2025/2026 mövsümündə Avropanın beş aparıcı liqasında ən çox driblinq cəhdi edən futbolçu olub.

90deqiqe.Az-ın "WhoScored"ə istinadən məlumatına görə, gənc futbolçu 153 dəfə driblinqə cəhd edib və bunların 78-ni uğurla icra edib.

Lamin Yamal 2023-cü ilin iyulundan “Barselona”nın formasını geyinir. 2025-ci ilin yayında klub futbolçu ilə müqavilənin müddətini 2031-ci ilə qədər uzadıb.

Cari mövsümdə bütün turnirlərdə 20 oyunda meydana çıxan ispaniyalı vinger 9 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına əsasən, Yamalın transfer dəyəri 200 milyon avro təşkil edir.

Hazırda “Barselona” La Liqanın turnir cədvəlinə 46 xalla liderlik edir. Kataloniya klubunun ən yaxın izləyicisi Madrid “Real”ı ilə xal fərqi dörddür.







İspaniya L.L.

“Real” Niko Pası geri qaytaracaq
  • İspaniya L.L.
  • 23:13 25.12.2025
“Real” Niko Pası geri qaytaracaq
"Flik çox şeyi dəyişdi"
  • İspaniya L.L.
  • 23:07 24.12.2025
"Flik çox şeyi dəyişdi"
Pedri yenidən Messi ilə oynamaq istəyir
  • İspaniya L.L.
  • 22:06 23.12.2025
Pedri yenidən Messi ilə oynamaq istəyir