26 dekabr 2025. Cümə

“Real” “Barselona”dan Neqreyra işi ilə bağlı milyonlarla avro məbləğində təzminat tələb etməyi planlaşdırır


“Real” “Barselona”dan Neqreyra işi ilə bağlı milyonlarla avro məbləğində təzminat tələb etməyi planlaşdırır

“Real Madrid” klubu “Barselona”dan İspaniya Hakimlər Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Neqreyra ilə bağlı iş üzrə milyonlarla avro məbləğində təzminat almağa çalışır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "AS" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Kral klubu” rəhbərliyi “Barselona” ilə Negreyra arasındakı əməkdaşlığın onlara ciddi zərər vurduğunu düşünür. Bu səbəbdən “Real”ın “Barselona”ya qarşı müvafiq məhkəmə iddiası qaldırmaq ehtimalı var.

Xatırladaq ki, 2023-cü ildə katalon klubuna Neqreyra ilə bağlı rüşvət ittihamları irəli sürülmüşdü. Həmin dövrdə İspaniya Kral Futbol Federasiyasında (RFEF) çalışan Neqreyra ilə əlaqədar olaraq “Barselona”nın 2001–2018-ci illər arasında ümumilikdə təxminən 8,4 milyon avro məbləğində ödənişlər etdiyi bildirilir.

“Barselona”nın mövqeyinə görə, Neqreyra klub tərəfindən hakimliklə bağlı texniki hesabatlar hazırlayan xarici məsləhətçi qismində cəlb olunub. Keçmiş CTA vitse-prezidenti isə hakimlərə təsir göstərmək məqsədilə rüşvət aldığını qəti şəkildə inkar edir.







İspaniya L.L.

"Barselona" məni tamamilə dəyişdirdi"
  • İspaniya L.L.
  • 23:59 25.12.2025
"Barselona" məni tamamilə dəyişdirdi"
“Real” Niko Pası geri qaytaracaq
  • İspaniya L.L.
  • 23:13 25.12.2025
“Real” Niko Pası geri qaytaracaq
"Flik çox şeyi dəyişdi"
  • İspaniya L.L.
  • 23:07 24.12.2025
"Flik çox şeyi dəyişdi"