- İspaniya L.L.
- 16:14 27.12.2025
Keçmiş La Liqa hakimi Xavyer Estrada Fernandes bildirib ki, o, “Real”ın sabiq hücumçusu Kriştiano Ronaldoya qırmızı vərəqə göstərdikdən sonra Madrid klubunun oyunlarını iki il müddətinə idarə etməkdən uzaqlaşdırılıb.
90deqiqe.Az xəbər verir ki, "Sport.es" sabiq hakimin dediklərini belə çatdırıb.
“2009-cu ildə Kriştiano Ronaldonu meydandan qovduqdan sonra təxminən iki il ‘Real’ın oyunlarını idarə etmədim. Oyundan sonra evə qayıtdığım zaman hakimlər komitəsinin rəhbəri Sançes Arminio mənə zəng etdi. Dedi ki, baş verən hadisə ona xoş gəlməyib, bu epizod bütün milli idman qəzetlərinin birinci səhifəsində olacaq və nəticələrinin olacağını vurğuladı.
Futbolda insanların bilmədiyi və ya bilmək istəmədiyi qaranlıq tərəf var, bəzi insanlar isə bunu öz məqsədləri üçün istifadə edirlər.”
Ehtimal olunur ki, söhbət 2009/2010 mövsümünün 13-cü turunda “Real” və “Almeriya” arasında keçirilən oyundan gedir (4:2). Fernandes Ronaldonu 88-ci dəqiqədə meydandan qovub.