28 dekabr 2025. Bazar günü

Lamin Yamal ilin ən yaxşı hücumçusu seçildi


Lamin Yamal ilin ən yaxşı hücumçusu seçildi

"Globe Soccer Awards" mükafatlarının təqdimetmə mərasimi davam edir.

90deqiqe.Az xəbər verir ki, “Barselona”nın gənc vingeri Lamin Yamal “ən yaxşı hücumçu” nominasiyası üzrə mükafata layiq görülüb.

Qeyd edək ki, 18 yaşlı futbolçu bu mərasim çərçivəsində daha əvvəl La Liqanın ən yaxşı gənc futbolçusu mükafatını da qazanmışdı.

2025/2026 mövsümündə Lamin Yamal bütün turnirlər üzrə 20 rəsmi oyunda iştirak edib, 9 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlinə liderlik edir. Kataloniyalılar ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır. “Barselona” növbəti La Liqa oyununu yanvarın 3-də səfərdə “Espanyol”a qarşı keçirəcək.







İspaniya L.L.

Mastantuono "Real Madrid"dən ayrılmayacaq
  • İspaniya L.L.
  • 18:16 28.12.2025
Mastantuono "Real Madrid"dən ayrılmayacaq
"Barselona" məni tamamilə dəyişdirdi"
  • İspaniya L.L.
  • 23:59 25.12.2025
"Barselona" məni tamamilə dəyişdirdi"
“Real” Niko Pası geri qaytaracaq
  • İspaniya L.L.
  • 23:13 25.12.2025
“Real” Niko Pası geri qaytaracaq