- İspaniya L.L.
- 23:59 29.12.2025
“Barselona”nın müdafiəçisi Ronald Arauxo komandanın ümumi məşqlərinə qayıdıb.
90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu açıq məşq keçirir və uruqvaylı futbolçu da komanda ilə birlikdə başlayıb.
Arauxo son oyununu noyabrın sonunda Çempionlar Liqasının ümumi mərhələsində “Çelsi”yə qarşı (0:3) keçirib. Həmin görüşdən sonra müdafiəçiyə psixoloji problemlərlə əlaqədar məzuniyyət verilib.
Qeyd edək ki, Ronald Arauxo 2018-ci ildə 4,7 milyon avro qarşılığında Uruqvayın “Boston River” klubundan “Barselona”ya transfer olunub. Futbolçunun “blauqrana” ilə müqaviləsi 2031-ci il iyunun 30-dək qüvvədədir.
Cari mövsümdə Arauxo Kataloniya klubunun heyətində 15 matçda meydana çıxıb və 2 qol vurub.