- İspaniya L.L.
- 12:04 30.12.2025
Statistik məlumatlar üzrə ixtisaslaşmış "Sofascore" portalı İspaniya La Liqasında 2025-ci ilin simvolik komandasını açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, simvolik heyət mövqelər üzrə ən yüksək reytinq göstəricilərinə malik 11 futbolçudan ibarət olub. Komanda 3-4-3 sxemi əsasında tərtib edilib.
Simvolik yığmanın heyəti aşağıdakı kimidir:
Qapıçı:
Joan Qarsiya (“Espanyol”, “Barselona”)
Müdafiə xətti:
Markos Alonso (“Selta”), Xuan Foyt (“Vilyarreal”), Santyaqo Mourinyo (“Alaveş”, “Vilyarreal”)
Yarımmüdafiə:
Aleks Baena (“Vilyarreal”, “Atletiko”), Cud Bellinqem (“Real Madrid”), Pedri (“Barselona”), Antoni (“Betis”)
Hücum xətti:
Rafinya (“Barselona”), Kilian Mbappe (“Real Madrid”), Lamin Yamal (“Barselona”)
Hazırda İspaniya çempionatının turnir cədvəlində “Barselona” 18 turdan sonra topladığı 46 xalla liderdir. “Real Madrid” 42 xalla ikinci, “Atletiko Madrid” isə 37 xalla üçüncü pillədə qərarlaşıb.