30 dekabr 2025. Çərşənbə axşamı

“Betis”in kapitanı bir ay yaşıl meydanlardan kənarda qalacaq


“Betis”in kapitanı bir ay yaşıl meydanlardan kənarda qalacaq

“Betis”in və İspaniya millisinin yarımmüdafiəçisi İsko sağ ayaq biləyindən artroskopik əməliyyat keçib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, kapitan əvvəlcə konservativ müalicə almalı idi, lakin tibbi heyət bərpa prosesini sürətləndirmək üçün oynağın zədələnmiş hissəsində sanasiyanı həyata keçirməyi qərara alıb. Onun nə vaxt meydana qayıdacağı barədə məlumat verilmir, lakin əvvəlki xəbərlərdə bildirilirdi ki, İsko yeni il başlanğıcında komandaya kömək edə bilməyəcək və ən azı bir ay oyunlardan kənarda qalacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu bir ay əvvəl Avropa Liqasının “Utrext”lə matçında (2:1) həmkomandası Sofyan Amrabata ilə toqquşmadan sonra qığırdaq zədəsi almışdı. Cari mövsümdə İsko yalnız iki oyunda iştirak edib və bir assist edib, ümumilikdə isə meydana cəmi 39 dəqiqə çıxıb.







İspaniya L.L.

Ronald Arauxo məşqlərə başladı
  • İspaniya L.L.
  • 23:08 29.12.2025
Ronald Arauxo məşqlərə başladı
Mastantuono "Real Madrid"dən ayrılmayacaq
  • İspaniya L.L.
  • 18:16 28.12.2025
Mastantuono "Real Madrid"dən ayrılmayacaq