- İspaniya L.L.
- 16:34 30.12.2025
“Real”ın hücumçusu Vinisius Junior karyerasını Madrid klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, mediada yayılan müxtəlif iddialara baxmayaraq, “kral klubu” braziliyalı futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlıdır. Vinisius Juniorun özü də “Real”da qalmağı planlaşdırır.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildə “Flamenqo”dan “Real”a 45 milyon avro qarşılığında transfer olunub. Onun Madrid təmsilçisi ilə mövcud müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. Cari mövsümdə hücumçu “Real”ın heyətində 30 matça çıxıb, altı qol vurub və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalı braziliyalı futbolçunun bazar dəyərini 150 milyon avro olaraq qiymətləndirir.