21 fevral 2026. Şənbə

Ter Ştegenin transferi uğrunda 6 klub mübarizə aparır


Ter Ştegenin transferi uğrunda 6 klub mübarizə aparır

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen əsas heyətdəki mövqeyini itirib və icarə əsasında komandadan ayrıla bilər.

90deqiqe.Az-ın məlumatına görə, alman qolkiper altı klubun maraq dairəsindədir. Həmin siyahıya “Bavariya”, “Jirona”, “Tottenhem”, “Aston Villa”, “Yuventus” və “Çelsi” daxildir. Sözügedən klublar artıq təcrübəli oyunçunun agenti ilə danışıqlara başlayıb.

33 yaşlı Mark-Andre ter Ştegenin transfer dəyəri Transfermarkt portalının məlumatına görə 7 milyon avro təşkil edir. Təcrübəli qapıçının “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.

Qeyd edək ki, daha əvvəl ter Ştegenin müəyyən şərtlər daxilində “Barselona”dan ayrılacağı ilə bağlı məlumatlar yayılmışdı.







İspaniya L.L.

“Real Madrid” müdafiəçisini itirdi
  • İspaniya L.L.
  • 22:18 20.02.2026
“Real Madrid” müdafiəçisini itirdi
PSJ Mbappeyə 4 milyon avro ödəyib
  • İspaniya L.L.
  • 15:11 20.02.2026
PSJ Mbappeyə 4 milyon avro ödəyib