- İspaniya L.L.
- 23:04 30.12.2025
“Real” klubunda dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada belçikalı qapıçı Tibo Kurtua layiq görülüb.
Azarkeşlər arasında keçirilən səsvermədə 33 yaşlı qolkiper Cud Bellinqem, Antonio Rüdiger, Orelien Tçuameni və Rodriqonu qabaqlayıb.
Cari mövsümdə Tibo Kurtua “Real”ın heyətində 23 oyunda meydana çıxıb və onların 10-da qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, La Liqanın 18 turundan sonra “Real” 42 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid təmsilçisi 4 yanvar tarixində “Betis”lə üz-üzə gələcək.