- İspaniya L.L.
- 19:58 31.12.2025
“Real Madrid” klubunun hücumçusu Kilian Mbappe zədələnib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Bu gün klubumuzun tibbi heyəti tərəfindən futbolçumuz Kilian Mbappe üzərində aparılan tibbi müayinələrin nəticələrinə əsasən, onun sol diz bağlarında dartılma aşkar edilib. Klub futbolçunun bərpa prosesini yaxından izləyir”, — deyə “kral klubu”nun açıqlamasında bildirilir.
Qeyd edək ki, fransalı futbolçu 2024-cü ilin yayından etibarən “Real Madrid”in formasını geyinir. Bu müddət ərzində madrid təmsilçisinin heyətində 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla mövcud müqaviləsi 2029-cu ilin iyun ayınadək qüvvədədir.