21 fevral 2026. Şənbə

Dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısı açıqlandı


Dünyanın ən bahalı yarımmüdafiəçilərinin siyahısı açıqlandı

Nüfuzlu "Transfermarkt" internet portalı hazırkı vəziyyətə əsasən dünyanın ən bahalı yarımmüdafiəçilərinin reytinqini tərtib edib.

90deqiqe.Az-ın məlumatına görə, futbol dünyasında ən bahalı yarımmüdafiəçi adı Madridin “Real” klubunun və İngiltərə millisinin üzvü Cud Bellinqhemə məxsusdur. “Kral klubu”nun 22 yaşlı futbolçusunun transfer dəyəri 160 milyon avro olaraq qiymətləndirilir.

Reytinqdə ikinci pillədə “Barselona”nın 23 yaşlı ispaniyalı yarımmüdafiəçisi Pedri yer alıb. Onun bazar dəyəri 140 milyon avro təşkil edir. İlk üçlüyü isə Münhenin “Bavariya” klubunda çıxış edən 22 yaşlı Camal Musiala tamamlayır — 130 milyon avro.

Siyahının növbəti pillələrində transfer qiyməti 120 milyon avro olan üç futbolçu qərarlaşıb: Koul Palmer (“Çelsi”), Deklan Rays (“Arsenal”) və Federiko Valverde (“Real Madrid”).







İspaniya L.L.

“Real Madrid” müdafiəçisini itirdi
  • İspaniya L.L.
  • 22:18 20.02.2026
“Real Madrid” müdafiəçisini itirdi
PSJ Mbappeyə 4 milyon avro ödəyib
  • İspaniya L.L.
  • 15:11 20.02.2026
PSJ Mbappeyə 4 milyon avro ödəyib