- İspaniya L.L.
- 20:59 01.01.2026
“Barselona”nın prezidentliyinə namizəd Mark Siria "İnter Mayami"də çıxış edən hücumçu Lionel Messinin klubda hər hansı bir rolda geri dönə biləcəyi ehtimalı ilə bağlı fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Goal" portalı Sirianın dediklərini belə çatdırıb.
“Messinin ‘Barselona’da futbolçu kimi stadionlara vida etməsini istərdim. Amma bu mümkün deyilsə, onu institutional və kommersiya baxımından klub üçün resurs gətirəcək bir fiqur kimi görmək istəyirəm. Messi mənim təklifimə cavab verdi? Bu barədə sonra danışacağıq. Bu gün bütün cavablar yoxdur, amma mütləq ortaya çıxacaqlar. Təfərrüatları yekunlaşdıracağıq və əminəm ki, Leo ‘Barselona’ya qayıtmaq istəyəcək. Və ‘Barselona’ya Leo lazımdır”
Qeyd edək ki, Lionel Messi “Barselona”dan 2021-ci ilin yayında ayrılıb.