29 iyun 2026. Bazar ertəsi

“Selta” doğma meydanda “Valensiya”nı darmadağın etdi


“Selta” doğma meydanda “Valensiya”nı darmadağın etdi

İspaniya La Liqasının 18-ci turu çərçivəsində keçirilən “Selta” – “Valensiya” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Viqo şəhərindəki “Abanka Balaidos” stadionunda təşkil olunub. 

Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun əvvəlində, 7-ci dəqiqədə “Valensiya” hesabı aça bilərdi, lakin qonaqların yarımmüdafiəçisi Pepelu penaltini dəqiq yerinə yetirə bilməyib.

Hesab 33-cü dəqiqədə açılıb. “Selta”nın hücumçusu Borxa İqlesias 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissədə, 59-cu dəqiqədə İqlesias dubla imza atıb. 70-ci dəqiqədə Pepelu fərqlənərək hesab arasındakı fərqi azaldıb.

83-cü dəqiqədə yarımmüdafiəçi Cons El-Abdellaui meydan sahiblərinin üstünlüyünü artırıb. Oyuna əlavə edilmiş 90+4-cü dəqiqədə isə Uqo Alvares hesabı darmadağın səviyyəsinə çatdırıb.

18 turdan sonra “Selta” 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. “Valensiya” isə 16 xalla 17-ci yerdədir.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"