21 fevral 2026. Şənbə

“Barselona” səfərdə qələbə qazandı


 “Barselona” səfərdə qələbə qazandı

İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Espanyol” və “Barselona” komandaları arasında qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Barselonada yerləşən “Stage Front” stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıblar.

 Kataloniya təmsilçisinin ilk qolunu Dani Olmo vurub. Qarşılaşmanın 90-cı dəqiqəsində isə “blauqrana”nın hücumçusu Robert Levandovski fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb.

La Liqada 18 oyundan sonra 46 xal toplayan “Barselona” turnir cədvəlinə liderlik edir. 17 matçdan 33 xal qazanan “Espanyol” isə hazırda 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən turda “Barselona” səfərdə “Vilyarreal”ı 2:0 hesabı ilə məğlub edib. “Espanyol” isə Bilbao “Atletik”ini doğma meydandan kənarda 2:1 hesabı ilə üstələyib.







İspaniya L.L.

“Real Madrid” müdafiəçisini itirdi
  • İspaniya L.L.
  • 22:18 20.02.2026
“Real Madrid” müdafiəçisini itirdi
PSJ Mbappeyə 4 milyon avro ödəyib
  • İspaniya L.L.
  • 15:11 20.02.2026
PSJ Mbappeyə 4 milyon avro ödəyib