7 yanvar 2026. Çərşənbə

"Mbappe dünyanın ən yaxşı futbolçusudur"


"Mbappe dünyanın ən yaxşı futbolçusudur"

“Real Madrid”in hücumçusu Qonsalo Qarsiya komanda daxilində Kilian Mbappe ilə rəqabət mövzusunda fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Marca" futbolçunun dediklərini belə çatdırıb.

“Mətbuatı izləmirəm. Bu, ‘Real Madrid’dir və burada rəqabət çox yüksəkdir. Mbappenin təbii əvəzedicisi olduğumu anlayıram. Buna baxmayaraq, baş məşqçi və komanda yoldaşlarım həmişə mənə güvən aşılayırlar ki, ən yaxşı keyfiyyətlərimi göstərə bilim.

Bəli, oyun vaxtım azdır, lakin bunun səbəbi qarşımdakı futbolçunun Mbappe olmasıdır. O, möhtəşəm mövsüm keçirir, demək olar ki, hər oyunda qol vurur. Mbappe dünyanın ən yaxşı futbolçusudur. Buna görə də mən öz inkişafıma fokuslanmalı və məşqlərdə maksimum çalışmalıyam. Fürsət yarananda tam hazır olmaq üçün hər zaman ən yüksək səviyyədə işləməliyəm”.

21 yaşlı futbolçu İspaniya La Liqasının 18-ci turu çərçivəsində “Betis”ə qarşı keçirilən və 5:1 hesablı qələbə ilə başa çatan oyunda het-trik müəllifi olub. Mbappe isə sözügedən qarşılaşmada zədə səbəbindən iştirak etməyib.







İspaniya L.L.

 “Atletiko” xal itirdi
  • İspaniya L.L.
  • 03:13 05.01.2026
“Atletiko” xal itirdi
“Real"dan darmadağın
  • İspaniya L.L.
  • 21:18 04.01.2026
“Real"dan darmadağın