8 yanvar 2026. Cümə axşamı

“Atletiko” Xulian Alvaresə tam etibar edir


“Atletiko” Xulian Alvaresə tam etibar edir

“Atletiko” klubu hücumçu Xulian Alvareslə bağlı mövqeyini müəyyənləşdirib.

90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, son vaxtlar gözlənilən səviyyədə çıxış etməyən argentinalı futbolçuya klub daxilində tam etimad göstərilir.

“Atletiko” rəhbərliyi Alvaresin yaxın zamanda formada enişi geridə qoyacağına və əvvəlki səviyyəsinə qayıdacağına şübhə etmir.

Klub daxilində 25 yaşlı futbolçu hələ də paltardəyişmə otağının lideri və Joau Felişdən sonra ən vacib layihə oyunçusu hesab olunur. Baş məşqçi Dieqo Simeonenin mövqeyi də dəyişməz qalır – argentinalı mütəxəssis hücumçuya 100 faiz etibar edir.

Qeyd edək ki, Xulian Alvares La Liqada “döşəkçilər”in heyətində son səkkiz oyunda qol vura bilməyib. Buna baxmayaraq, futbolçu cari mövsümdə Madrid təmsilçisi ilə bütün turnirlərdə keçirdiyi 24 oyunda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.