22 fevral 2026. Bazar günü

Messi karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağına qərar verib


Messi karyerasını bitirdikdən sonra nə ilə məşğul olacağına qərar verib

“İnter Mayami”nin hücumçusu Lionel Messi futbolçu karyerasını başa vurduqdan sonra hansı sahədə fəaliyyət göstərmək istədiyini açıqlayıb. 

“Özümü baş məşqçi kimi görmürəm. Məni daha çox idman direktoru kimi çalışma perspektivi cəlb edir. Əgər ən ideal variantı seçsəm, klub sahibi olmaq istərdim. Sıfırdan başlayaraq öz klubunu qurmaq, onu inkişaf etdirmək və zirvəyə daşımaq çox gözəl olardı. İnsanların yetişməsinə kömək etmək, uşaqlara özlərini tapmaq üçün şans vermək istərdim”, – deyə ispan mətbuatı Messinin sözlərini sitat gətirib.

Cari ilin iyun ayında argentinalı ulduzun 39 yaşı tamam olacaq. Onun Florida təmsilçisi ilə mövcud müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

Qeyd edək ki, Lionel Messi 2023-cü ildən “İnter Mayami”nin formasını geyinir. O, daha əvvəl “Barselona” və PSJ klublarında çıxış edib.







İspaniya L.L.

"Real Madrid" səfərdə "Osasuna"ya uduzdu
  • İspaniya L.L.
  • 23:56 21.02.2026
"Real Madrid" səfərdə "Osasuna"ya uduzdu
"Real Sosyedad" evdə xal itirdi
  • İspaniya L.L.
  • 21:31 21.02.2026
"Real Sosyedad" evdə xal itirdi
“Real Madrid” müdafiəçisini itirdi
  • İspaniya L.L.
  • 22:18 20.02.2026
“Real Madrid” müdafiəçisini itirdi
PSJ Mbappeyə 4 milyon avro ödəyib
  • İspaniya L.L.
  • 15:11 20.02.2026
PSJ Mbappeyə 4 milyon avro ödəyib