- İspaniya L.L.
- 16:30 08.01.2026
“Barselona” mövsümün sonunda “Mançester Yunayted”ə məxsus olan futbolçu Markus Reşfordun transfer hüquqlarını almağı planlaşdırmır.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə, Kataloniya klubu maliyyə səbəblərinə görə ingilis futbolçudan imtina etmək qərarına gəlib. Belə ki, “blauqrana”nın tam transfer üçün kifayət qədər maliyyə vəsaiti yoxdur.
“Mançester Yunayted” isə Reşfordun yenidən komandaya qayıtmasına ümid edir. Qeyd edək ki, klub yaxın günlərdə baş məşqçi Ruben Amorimi istefaya göndərib. Portuqaliyalı mütəxəssis Reşfordla maraqlanmırdı. “Qırmızı şeytanlar”ın rəhbərliyi hesab edir ki, hələlik adı açıqlanmayan yeni baş məşqçinin rəhbərliyi altında futbolçu əsas heyətdə özünə yer edə bilər.
Xatırladaq ki, Markus Reşford 2025-ci ilin iyulundan etibarən “Barselona”da icarə əsasında çıxış edir. O, bütün turnirlərdə keçirdiyi 25 oyunda 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.