29 iyun 2026. Bazar ertəsi

İspaniya Kubokunda 1/8 finalın püşkü atıldı


İspaniya Kubokunda 1/8 finalın püşkü atıldı

İspaniya Kubokunun 2025/2026 mövsümü üzrə 1/8 final mərhələsinin püşkü atılıb.

90deqiqe.Azn məlumatına görə, püşkün nəticələrinə əsasən, bu mərhələdə bir sıra maraqlı qarşılaşmalar baş tutacaq. “Barselona” səfərdə “Rasinq”lə üz-üzə gələcək, Madrid “Real”ı isə “Albasete” ilə qarşılaşacaq.

İspaniya Kuboku, 1/8 final cütlükləri:

  • “Deportivo” – “Atletiko” Madrid

  • “Rasinq” – “Barselona”

  • “Kultural Leonesa” – “Atletik” Bilbao

  • “Albasete” – “Real” Madrid

  • “Burqos” – “Valensiya”

  • “Betis” – “Elçe”

  • “Real Sosyedad” – “Osasuna”

  • “Alaves” – “Rayo Valyekano”

Qarşılaşmalar 13–15 yanvar tarixlərində keçiriləcək.

Qeyd edək ki, İspaniya Kubokunun hazırkı qalibi “Barselona”dır. Kataloniya təmsilçisi ötən mövsümün finalında Madrid “Real”ını əlavə vaxtda 3:2 hesabı ilə məğlub edib. “Barselona” turnirin tarixində 32 kubokla ən titullu klubdur. “Atletik” Bilbao bu titulu 24, Madrid “Real”ı isə 20 dəfə qazanıb.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"