9 yanvar 2026. Cümə

Ter Ştegen “Barselona”nın düşərgəsini tərk etdi


Ter Ştegen “Barselona”nın düşərgəsini tərk etdi

İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən komandanın Səudiyyə Ərəbistanındakı düşərgəsini tərk edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində məlumat yayıb.

“Mark-Andre ter Ştegen zədə səbəbindən ‘Barselona’nın Səudiyyə Ərəbistanındakı heyətindən ayrılıb. Bu məlumat təsdiqlənib. Hadisə mümkün transferlə əlaqəli deyil. Hazırda tibbi müayinə planlaşdırılıb”, – deyə Plettenberq qeyd edib.

Qeyd edək ki, daha əvvəl 33 yaşlı qapıçının qış transfer pəncərəsində klubu tərk edə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

“Barselona” Səudiyyə Ərəbistanında İspaniya Superkubokunda iştirak edir. Komanda bu gün, yanvarın 7-də yarımfinal mərhələsində “Atletik” (Bilbao) ilə qarşılaşacaq.







İspaniya L.L.