9 yanvar 2026. Cümə

Vinisius Junior "Real Madrid"dən ayrılmaq niyyətində deyil


Vinisius Junior "Real Madrid"dən ayrılmaq niyyətində deyil

Madridin “Real” klubunun vingeri Vinisius Juniorun “Çelsi” ilə mümkün transferi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə tanınmış insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

O braziliyalı futbolçunun nümayəndələri ilə London klubu arasında hər hansı danışıqlar və ya əməkdaşlıq istiqamətində atılmış addımın olmadığını qeyd edib.

Vinisius Juniorun “Çelsi”yə keçidi ilə bağlı yayılan söz-söhbətlərin əsassız olduğu vurğulanır. Futbolçu hazırda tam diqqətini “Real”dakı çıxışlarına yönəldib, müqavilə məsələlərinin isə daha sonra müzakirə olunacağı qeyd edilir.

Qeyd edək ki, Vinisius Junior 2017-ci ilin yayından etibarən Madrid “Real”ının formasını geyinir. Cari mövsümdə vinger klub səviyyəsində 25 oyunda meydana çıxıb, beş qol vurub və səkkiz məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.