- İspaniya L.L.
- 01:05 09.01.2026
İspaniya Superkubokunun yarımfinal mərhələsində keçirilən “Barselona” – “Atletik” (Bilbao) matçında “mavi-qırmızılar” 5:0 hesablı inamlı qələbə qazanaraq turnir tarixində rekord müəyyənləşdiriblər.
90deqiqe.Az-ın "Opta"ya istinadən məlumatına görə,“Barselona” Superkubokun yarımfinal mərhələsində ilk hissədə dörd qol vuran ilk komanda olub. Daha əvvəl heç bir klub bu göstəriciyə nail ola bilməmişdi.
Xatırladaq ki, bu nəticə sayəsində “Barselona” İspaniya Superkubokunun finalına vəsiqə qazanıb. Həlledici qarşılaşma bazar günü, yanvarın 11-də keçiriləcək. “Mavi-qırmızılar”ın finaldakı rəqibi “Atletiko” ilə “Real” arasında baş tutacaq Madrid derbisinin qalibi olacaq. Turnirin ikinci finalçısı bu gün, yanvarın 8-də müəyyənləşəcək.