29 iyun 2026. Bazar ertəsi

İspaniya Superkubokunun finalında "El-Klassiko"


İspaniya Superkubokunun finalında "El-Klassiko"

İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko” və “Real” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşən “King Abdullah Sports City” stadionunda keçirilən qarşılaşmanı ispaniyalı hakim Mateo Buskets Ferrer (Palma-de-Malyorka) idarə edib. Görüş “Real”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın hesabını 2-ci dəqiqədə “kral klubu”nun yarımmüdafiəçisi Federiko Valverde açıb. 55-ci dəqiqədə Rodriqo madridlilərin üstünlüyünü iki topa çatdırıb. “Atletiko”nun hücumçusu Aleksandr Sörlot 58-ci dəqiqədə fərqlənərək hesabı azaltsa da, bu qol oyunun yekun nəticəsini dəyişməyib.

Digər yarımfinal oyununda “Barselona” Bilbao “Atletik”ini 5:0 hesabı ilə məğlub edib. Beləliklə, yanvarın 11-də keçiriləcək finalda İspaniya futbolunun iki nəhəngi – “Barselona” və “Real Madrid” qarşılaşacaq.

Qeyd edək ki, hazırkı Superkubokun sahibi “Barselona”dır. Katalon klubu 2025-ci il finalında “Real Madrid”i 5:2 hesabı ilə məğlub etmişdi.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"