11 yanvar 2026. Bazar günü

“Barselona” Kristensenlə bağlı qərarını verib


“Barselona” Kristensenlə bağlı qərarını verib

“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen mövsümün sonunda klubu tərk etməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, danimarkalı futbolçunun mövcud müqaviləsinin bitməsinə yarım il qalsa da, “sine-qranatlılar”ın rəhbərliyi oyunçunu komandada saxlamaq qərarına gəlib.

29 yaşlı futbolçunun müqaviləsi bir il müddətinə uzadılacaq və 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq. Məşqçilər korpusu Kristenseni intizamı və yüksək peşəkarlığına görə tam dəstəkləyir.

Cari mövsümdə Andreas Kristensen 17 oyunda iştirak edib və bir qolla yadda qalıb. Hazırda o, ciddi zədədən sonra bərpa prosesini davam etdirir. Müdafiəçinin meydana dönüşünün yazın ikinci yarısına planlaşdırıldığı bildirilir.







İspaniya L.L.