- İspaniya L.L.
- 22:04 11.01.2026
“Liverpul”un sabiq yarımmüdafiəçisi Fabinyo mətbuatda adı transfer xəbərlərində hallanan Madrid “Real”ının hücumçusu Vinisius Juniorun durumu barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın "The Touchline"ə istinadən məlumatına görə, Fabinyo braziliyalı futbolçunun yüksək səviyyədə çıxış etdiyini vurğulayıb:
“O, Madrid ‘Real’ında möhtəşəm oyun göstərir. Vinisius artıq iki dəfə Çempionlar Liqasını qazanıb. O, Xabi Alonsonun komandasında əsas və ən güclü futbolçulardan biridir. Bir neçə il əvvəl Vinisius ‘Qızıl top’a layiq idi. ‘Real’ın bu cür istedada malik oyunçunu itirmək istəyib-istəmədiyini bilmirəm. Haraya keçməsindən asılı olmayaraq, ona ən xoş arzularımı bildirirəm. Vinisiusun ‘Real’a verəcəyi hələ çox şey var”
Qeyd edək ki, Vinisius Junior 2024-cü ildə “Qızıl top” mükafatı uğrunda səsvermədə ikinci yeri tutub.