12 yanvar 2026. Bazar ertəsi

“Rayo Valyekano” “Malyorka”nı məğlub edib


“Rayo Valyekano” “Malyorka”nı məğlub edib

La Liqada düşmə zonasına yaxın mövqelərdə yer alan “Rayo Valyekano” və “Malyorka” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, qarşılaşmanın 4-cü dəqiqəsində Alvaro Qarsiya Riveranın ötürməsindən sonra Xorxe de Frutos hesabı açaraq meydan sahiblərini önə çıxarıb — 1:0.

Qonaqlar oyunun ilk hissəsinin sonlarına yaxın hesabda tarazlıq yaradıblar. Toni Latonun cinahdan ötürməsindən sonra Vedat Muriqi baş zərbəsi ilə fərqlənib — 1:1.

İkinci hissədə “Rayo Valyekano” yenidən hesabda irəli çıxıb. 11 metrlik cərimə zərbəsini İsi Palason dəqiq yerinə yetirib, qapıçı isə zərbənin istiqamətini səhv təxmin edib — 2:1. Fasiləyə qədər Xorxe de Frutosun fərqlənmək üçün daha bir imkanı olsa da, “Malyorka”nın qapıçısı komandasını xilas edib.

Matçın 80-ci dəqiqəsində “Rayo Valyekano” azlıqda qalıb. Hakim əvvəl sarı vərəqə göstərdiyi Oskar Valentinə qərarını dəyişərək birbaşa qırmızı vərəqə təqdim edib. Futbolçu Pablo Torre ilə mübarizədə kobudluğa yol verib.

Bu qələbə sayəsində “Rayo Valyekano” turnir cədvəlində 10-cu pilləyə yüksəlib. “Malyorka” isə 17-ci sırada qalıb.







İspaniya L.L.