26 fevral 2026. Cümə axşamı

Yamal Messini geridə qoydu - gənc ulduzdan tarixi göstərici


Yamal Messini geridə qoydu  - gənc ulduzdan tarixi göstərici

“Barselona”nın vingeri Lamin Yamal katalon klubunun heyətində beşinci titulunu qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, İspaniya Superkubokunun finalında “blauqrana” Madridin “Real” klubunu 3:2 hesabı ilə məğlub edib. Qarşılaşma Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən “King Abdullah Sports City” stadionunda keçirilib. Görüşün baş hakimi Xose Munuera Montero olub.

18 yaş 182 günlük Lamin Yamal bu yaşda artıq beş titul qazanan futbolçuya çevrilib. Müqayisə üçün qeyd edək ki, “Barselona”nın sabiq hücumçusu Lionel Messi eyni yaşda cəmi iki titulun sahibi idi – La Liqa (2004/2005) və İspaniya Superkuboku (2005).

Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunu tarixində 16-cı dəfə qazanaraq rekordunu yeniləyib. Ötən mövsümün finalında da katalon klubu “Real” üzərində 5:2 hesablı qələbə əldə etmişdi.







İspaniya L.L.

"Messini geri qaytarmağa çalışdıq"
  • İspaniya L.L.
  • 22:05 24.02.2026
"Messini geri qaytarmağa çalışdıq"
La Liqa klubu baş məşqçisini göndərdi
  • İspaniya L.L.
  • 13:56 24.02.2026
La Liqa klubu baş məşqçisini göndərdi