- İspaniya L.L.
- 23:58 12.01.2026
“Real” klubunda ispan mütəxəssis Xabi Alonsonun baş məşqçi vəzifəsindən ayrılıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılaşma əsasında Xabi Alonsonun əsas komandanın baş məşqçisi kimi fəaliyyətinə son qoyulması barədə qərar qəbul ediblər.
“‘Real Madrid’ futbol klubu Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında onun əsas komandanın baş məşqçisi kimi fəaliyyətini başa vurmaq qərarına gəldiyini elan edir.
Xabi Alonso ‘Real’ın əfsanəsidir və klubumuzun dəyərlərini hər zaman təcəssüm etdirib. Bu səbəbdən o, daim bütün ‘Real’ azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. ‘Real Madrid’ həmişə onun evi olacaq.
Klubumuz bu müddət ərzində gördüyü işlərə və sadiqliyinə görə Xabi Alonsoya və onun məşqçilər heyətinə təşəkkür edir, həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayır”, – deyə açıqlamada qeyd olunub.
Xabi Alonso 2025-ci ilin yayından etibarən “Real”ın baş məşqçisi vəzifəsində çalışırdı. Yanvarın 11-də keçirilən İspaniya Superkubokunun finalında “Real Madrid” “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.