29 iyun 2026. Bazar ertəsi

Alvaro Arbeloa “Real”ın yeni baş məşqçisi oldu


Alvaro Arbeloa “Real”ın yeni baş məşqçisi oldu

Madridin “Real” klubu baş məşqçi dəyişikliyinə yanvar ayında getmək qərarına gəlib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “kral klubu” Xabi Alonso ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırdığını açıqlayıb.

Bununla yanaşı, “Real” yeni baş məşqçinin adını da rəsmən elan edib. Komandanın sükanı arxasına Alvaro Arbeloa gətirilib. İspan mütəxəssis bütün məşqçilik karyerası ərzində “Real”ın akademiyasında fəaliyyət göstərib.

Qeyd edək ki, Alvaro Arbeloa 2025-ci ilin yayından etibarən klubun gənclər komandası – “Kastilya”ya rəhbərlik edirdi.

Futbolçu karyerası dövründə Alvaro Arbeloa “Real”ın heyətində 238 rəsmi oyuna çıxıb və səkkiz titul qazanıb.

“Real” növbəti oyununu yanvarın 14-də səfərdə “Albasete”yə qarşı keçirəcək. Qarşılaşma İspaniya Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"