27 fevral 2026. Cümə

“Barselona” ter Ştegenlə bağlı qərarını açıqladı


“Barselona” ter Ştegenlə bağlı qərarını açıqladı

“Barselona” klubunun prezidenti Joan Laporta qapıçı Mark-Andre ter Ştegenin hazırkı durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, funksioner "RAC1" radiosuna müsahibəsində ter Ştegenin klubdakı gələcəyi ilə bağlı mövqeni belə ifadə edib:

“Ter Ştegenin bizimlə müqaviləsi var və o, öz işini yüksək səviyyədə yerinə yetirir. Qapıçı mövqeyi komandamızda tam şəkildə təmin olunub və bu, belə də olmalıdır. Əgər ter Ştegen vəziyyətdən razıdırsa, bizimlə qalacaq”, – deyə Laporta bildirib.

Alman qolkiper “blauqrana”nın əsas heyətində müntəzəm forma şansı qazanmasa da, komandanın kapitanıdır və onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.

Qeyd edək ki, bir neçə gün əvvəl mətbuatda Mark-Andre ter Ştegenin icarə əsasında “Jirona”ya keçməyə hazır olduğu, lakin maliyyə baxımından güzəştə getmək niyyətində olmadığı barədə xəbərlər yayılmışdı.







İspaniya L.L.

"Barselona" ilə 100 oyun inanılmazdır"
  • İspaniya L.L.
  • 20:43 26.02.2026
"Barselona" ilə 100 oyun inanılmazdır"
De Yonq 5-6 həftə oynamayacaq
  • İspaniya L.L.
  • 20:31 26.02.2026
De Yonq 5-6 həftə oynamayacaq
Ronaldo İspaniya klubuna şərik oldu
  • İspaniya L.L.
  • 13:57 26.02.2026
Ronaldo İspaniya klubuna şərik oldu
"Messini geri qaytarmağa çalışdıq"
  • İspaniya L.L.
  • 22:05 24.02.2026
"Messini geri qaytarmağa çalışdıq"