- İspaniya L.L.
- 23:58 12.01.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe klubdan ayrılan sabiq baş məşqçi Xabi Alonsonun ünvanına açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Bu müddət uzun olmadı, amma sənin rəhbərliyin altında oynamaq və səndən öyrənmək mənim üçün böyük zövq idi. İlk gündən göstərdiyin etimada görə təşəkkür edirəm. Səni aydın ideyalara və futbola dərin baxışa malik məşqçi kimi xatırlayacağam. Karyeranın növbəti mərhələsində sənə uğurlar arzulayıram”
Qeyd edək ki, ispan mütəxəssis Xabi Alonso yanvarın 12-də Madrid “Real”ındakı vəzifəsini tərk edib. “Kral klubu”nun mətbuat xidməti ayrılığın baş tutduğunu rəsmi şəkildə açıqlayıb. Xabi Alonso 2025-ci ilin yayından etibarən komandaya rəhbərlik edirdi.