- İspaniya L.L.
- 23:15 13.01.2026
Almaniyalı mütəxəssis Yurgen Klopp Madrid “Real”ında işləmək variantını nəzərdən keçirməyə hazırdır.
90deqiqe.Az xəbər verir ki, klub yay aylarında yeni baş məşqçi təyin etmək qərarı verərsə, Klopp “kral klubu”nun namizədlər siyahısında yer alır.
Xatırladaq ki, “Real” daha əvvəl ötən ilin yayında komandanın başına keçən Xabi Alonso ilə yollarını ayırdığını açıqlayıb. Hazırda Madrid təmsilçisinin baş məşqçisi vəzifəsini Alvaro Arbeloa icra edir.
Qeyd edək ki, İspaniya La Liqasında “Real” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid klubu 19 oyundan sonra 45 xal toplayıb.