14 yanvar 2026. Çərşənbə

Flik Xabi Alonsonun “Real”dan gedişinə münasibət bildirdi


Flik Xabi Alonsonun “Real”dan gedişinə münasibət bildirdi

Madrid “Real”ının baş məşqçisi postunu tərk edən Xabi Alonso ilə bağlı “Barselona”nın baş məşqçisi Hans-Diter Flik açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Goal" alman çalışdırıcının dediklərini belə çatdırıb.

“Xabi ilə çox yaxşı münasibətlərim var. Biz Leverkuzendə tanış olmuşuq və daim əlaqədəyik. O, yüksək səviyyəli məşqçidir və növbəti layihəsində ona uğurlar arzulayıram. Bu, futbolun reallığıdır. Qərarları klub rəhbərliyi qəbul edir və buna hörmətlə yanaşmaq lazımdır”.

Flik məşqçi peşəsinin çətinliyini də vurğulayıb:

“Bu iş böyük məsuliyyət tələb edir və ona görə də bu mövzu ilə bağlı daha artıq danışmaq istəmirəm”.

Xatırladaq ki, Xabi Alonsonun istefasından bir gün əvvəl “Real” İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub.







İspaniya L.L.