15 yanvar 2026. Cümə axşamı

“Real”da Arbeloanın taleyi sual altındadır - rəhbərlik yekun qərar öncəsi ona son şans verəcək


“Real”da Arbeloanın taleyi sual altındadır  - rəhbərlik yekun qərar öncəsi ona son şans verəcək

Madrid “Real”ının rəhbərliyi baş məşqçi Alvaro Arbeloanın mümkün tezliklə istefaya göndərilməsi məsələsində tərəddüd etmir.

90deqiqe.Az xəbər verir ki, klub daxilində hesab olunur ki, əgər Arbeloanın komandaya uyğun olmadığı qənaətinə gəlinərsə, onunla yolların ayrılması gecikdirilməyəcək. Bununla belə, ağrılı kubok məğlubiyyətinə baxmayaraq, “Real” rəhbərliyi yekun qərar verməzdən əvvəl mütəxəssisə daha bir oyun şansı tanımağı planlaşdırır. Bu barədə X sosial şəbəkəsində The Touchline məlumat yayıb.

Qeyd edək ki, Arbeloanın rəhbərliyi altında ilk matçında “Real” İspaniya Kubokunun 1/8 final mərhələsində gözlənilmədən “Albasete”yə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Xatırladaq ki, Alvaro Arbeloa bu vəzifədə həmyerlisi Xabi Alonsonu əvəzləyib. Madrid klubu növbəti oyununu İspaniya çempionatı çərçivəsində yanvarın 17-də “Levante”yə qarşı keçirəcək.







İspaniya L.L.