16 aprel 2026. Cümə axşamı

“Real” yalnız iki mövqedə güclənməyi planlaşdırır


“Real” yalnız iki mövqedə güclənməyi planlaşdırır

Madrid “Real”ı idman strategiyasında dəyişiklik etməyi planlaşdırmır.

 90deqiqe.Az-ın "AS"a istinadən məlumatına görə, “Real” heyətdə genişmiqyaslı yenidənqurma aparmaq niyyətində deyil. İspaniya Superkuboku və Kral Kubokunda qeydə alınan uğursuz nəticələrə baxmayaraq, klub mövcud heyətin keyfiyyətini problem kimi görmür.

Klub rəhbərliyi mövcud strategiyanı ən optimal variant hesab edir və gələcəkdə də transfer siyasətinin və komandanın ümumi kursunun baş məşqçi deyil, məhz klub tərəfindən müəyyən ediləcəyi bildirilir.

“Eflatun-ağlar” yalnız iki mövqedə güclənməyi planlaşdırır. Növbəti mövsüm üçün dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisinin transferi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda “Real” La Liqa turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.







İspaniya L.L.

"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”