17 aprel 2026. Cümə

Rafinya Superkubok finalında ağrılarına baxmayaraq oynayıb


Rafinya Superkubok finalında ağrılarına baxmayaraq oynayıb

“Barselona”nın qanad hücumçusu Rafinya Madriddə “Real”la oynanan İspaniya Superkubokunun finalında sol ayağında ağrılar hiss etməsinə baxmayaraq meydana çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Sport.es" məlumat yayıb.

 Məlumata görə, Rafinya sol budun adduktor əzələsində narahatlıq hiss edib. O, ilk dəfə bu ağrını yanvarın 3-də “Espanyol”la (2:0) oyunda hiss edib və 64-cü dəqiqədə əvəzlənib. Buna baxmayaraq, futbolçu Səudiyyə Ərəbistanında keçirilən Superkubokda iştirak edib və həm yarımfinal, həm də finalda hər oyunda iki qol vurub.

Braziliyalı futbolçu dubl edərək “sine-qranat”lıların 3:2 hesablı qələbəsinə kömək edib və finalın ən yaxşı oyunçusu seçilib.

Cari mövsümdə Rafinya “Barselona” forması ilə 17 oyunda meydana çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”
“42 xal hədəfimizdir”
  • İspaniya L.L.
  • 18:26 11.04.2026
“42 xal hədəfimizdir”