16 yanvar 2026. Cümə

“Real” futbolçuları klubun mövcud vəziyyətinin başlıca səbəbkarı hesab edir


“Real” futbolçuları klubun mövcud vəziyyətinin başlıca səbəbkarı hesab edir

Madrid “Real”ında İspaniya Kubokunun 1/8 finalında “Albasete”yə 2:3 hesabı ilə uduzduqdan sonra böyük narazılıq yaranıb.

90deqiqe.Az-ın "COPE"yə istinadən məlumatına görə, klub rəhbərliyi hesab edir ki, komandanın oyunu onların səviyyəsinə uyğun olmayıb və bu məğlubiyyət mövsümün ən aşağı nöqtəsi sayılır. Klub daxilində futbolçuların hazırkı vəziyyətin əsas səbəbi olduğu düşünülür.

Rəhbərlik inanıır ki, tam etimad göstərilən yeni baş məşqçi Alvaro Arbeloa vəziyyəti dəyişdirə və La Liqa ilə Çempionlar Liqasında uğur qazana bilər. Bununla yanaşı, “Real” qış transfer pəncərəsində yeni oyunçu almayacaq.

Qeyd edək ki, 11 yanvarda “Real” İspaniya Superkubokunun finalında “Barselona”ya 2:3 hesabı ilə uduzub. La Liqanın 19 turundan sonra klub 45 xal toplayaraq ikinci pillədə qərarlaşıb.







İspaniya L.L.