2 mart 2026. Bazar ertəsi

“Ançelottidən öyrəndiklərim haqqında kitab yaza bilərəm”


“Ançelottidən öyrəndiklərim haqqında kitab yaza bilərəm”

Hazırda "Lion"da icarə əsasında çıxış edən müqavilə ilə “Real”a məxsus olan futbolçu Endrik təcrübəli çalışdırıcı Karlo Ançelotti ilə işlədiyi dövrü dəyərləndirib.  

90deqiqe.Az xəbər verir ki, "AS" futbolçunun dediklərini belə çatdırıb.

— Ançelotti ilə İspaniyada keçirdiyiniz ilk mövsümü necə qiymətləndirirsiniz?
— Həmin vaxt komandaya daha çox fayda vermək istəyirdim. Düşünürəm ki, bu, mənim üçün çox şey öyrəndiyim və futbolçu kimi inkişaf etdiyim bir mövsüm oldu. Bir neçə turnirdə debüt etdim, qollar vurdum, dünyanın ən yaxşı oyunçularından bəziləri ilə bir komandada oldum. Bu, dünya səviyyəli kollektiv idi. Buna görə yalnız Allaha şükür edə bilərəm.

— Ançelotti sizə necə təsir göstərdi?
— Ondan öyrəndiklərim haqqında bir kitab yaza bilərəm. O, böyük klublarda yüksək səviyyədə futbol oynayıb və müxtəlif ölkələrdə çalışaraq hər şeyi qazanıb. Bizə həm oyun baxımından, həm də futbol həyatına dair çox şey öyrətdi.

İtaliyalı mütəxəssis “kral klubu”nda 2013–2015 və 2021–2025-ci illərdə çalışıb.

Qeyd edək ki, Endrik hazırda icarə əsasında Fransanın “Lion” klubunda çıxış edir.







İspaniya L.L.

"Atletiko Madrid"dən çətin qələbə
  • İspaniya L.L.
  • 02:09 01.03.2026
"Atletiko Madrid"dən çətin qələbə
 "Barselona"dan darmadağın
  • İspaniya L.L.
  • 21:23 28.02.2026
"Barselona"dan darmadağın