29 iyun 2026. Bazar ertəsi

“Bernabeu"nun dəstəyi həlledici amildir”


“Bernabeu"nun dəstəyi həlledici amildir”

“Real”ın baş məşqçisi Alvaro Arbeloa klub azarkeşlərinə müraciət edib.  

90deqiqe.Az xəbər verir ki, Arbeloa mətbuat konfransında azarkeşlərin dəstəyinin vacibliyini xüsusi vurğulayıb:

“Bernabeu"nun fikrinə böyük hörmətlə yanaşıram. Madridistlərin narazı və məyus olmasını başa düşürəm, lakin onlardan dəstək istəyirəm. ‘Real’ın 123 illik tarixində titullar məhz stadion komandanın yanında olanda qazanılıb. Xuanito deyirdi ki, ‘Bernabeu’da 90 dəqiqə çox uzundur’, əgər tribunalar futbolçuları dəstəkləyirsə. Mənim istədiyim də məhz budur” 

Qeyd edək ki, həftə ərzində “kral klubu”nun İspaniya Kubokunda mübarizəni dayandırması azarkeşləri məyus edib. “Real” sensasiyalı şəkildə “Albasete”yə 2:3 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.

Əlavə edək ki, “Real” yanvarın 17-də La Liqa çərçivəsində doğma meydanda “Levante”ni qəbul edəcək.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"