17 yanvar 2026. Şənbə

“Sevilya” ilə bağlı həmişə hörmətimi qorumuşam"


“Sevilya” ilə bağlı həmişə hörmətimi qorumuşam"

Serxio Ramos keçmiş klubu “Sevilya”nın sahibi olmaq planları ilə bağlı danışıb.

90deqiqe.Az-ın "derbyderbyderby.it"ə istinadən məlumata görə, 39 yaşlı müdafiəçi klubdan ayrılması zamanı yayılan məlumatlara aydınlıq gətirib.Onun sözlərinə görə, ayrılıq prosesində yazılanların çoxu həqiqətə uyğun olmayıb:

“Sevilya"dan gedəndə fərqli versiyalar səsləndirilirdi. Əslində isə hər şey "Real Madrid"lə "Sevilya" arasında birbaşa razılaşma əsasında baş verdi. Bu detalları çoxları bilmir. Xose Mariya del Nido mənə əsas komandada debüt şansı verdi və ilk peşəkar müqaviləmi imzaladı. Mən onun əməyini hər zaman yüksək qiymətləndirirəm” 

Xatırladaq ki, Serxio Ramos “Sevilya”da iki fərqli dövrdə – 2004/2005 və 2023/2024 mövsümlərində çıxış edib.







İspaniya L.L.