- İspaniya L.L.
- 00:44 17.01.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik gənc yarımmüdafiəçi Pedro Fernandesin Kataloniya klubunu tərk etməsindən məyus olub.
90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumata görə, alman mütəxəssis futbolçunu komanda üçün potensial olaraq vacib fiqur hesab edirdi. “Barsa” akademiyasının yetirməsi olan hücumameyilli yarımmüdafiəçi müqaviləsini ləğv etmək üçün 6 milyon avro kompensasiya ödəməyə razılaşıb.
Cari mövsümdə ispaniyalı, filippin əsilli futbolçu beş oyunda ümumilikdə 148 dəqiqə meydanda olub.
Qeyd edək ki, Transfermarkt portalının məlumatına əsasən, Pedro Fernandesin bazar dəyəri 10 milyon avro təşkil edir. Mətbuatda futbolçu ilə İngiltərə və Almaniya klublarının maraqlandığına dair xəbərlər də yer alıb.