- İspaniya L.L.
- 15:26 17.01.2026
“Liverpul” və Dortmund “Borussiya”sının sabiq baş məşqçisi Yurgen Kloppun Madrid “Real”ına mümkün gəlişi ilə bağlı yeni detallar üzə çıxıb.
90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumata görə, alman mütəxəssis “kral klubu”na rəhbərlik edəcəyi təqdirdə heyətin ciddi şəkildə gücləndirilməsini tələb edir. Mənbənin bildirdiyinə əsasən, Kloppun transfer siyahısında beş futbolçunun adı yer alır.
Təcrübəli çalışdırıcı “Real”ın müdafiə xəttini Mark Qehi və Dayo Upamekano ilə gücləndirmək niyyətindədir. Yarımmüdafiə xətti üçün isə Bruno Gimaraeş və Anqelo Ştiller əsas namizədlər sırasında göstərilir. Bundan əlavə, Klopp hücum potensialını artırmaq məqsədilə Kərim Adeyemini də heyətdə görmək istəyir.
Qeyd edək ki, hazırda Madrid “Real”ının baş məşqçi postunu Alvaro Arbeloa tutur.