- İspaniya L.L.
- 19:06 17.01.2026
Bu gün Madrid “Real”ı İspaniya La Liqası çərçivəsində doğma meydanda “Levante”ni qəbul edir.
90deqiqe.Az-ın məlumatına görə, matçöncəsi isinmə hərəkətləri zamanı “kral klubu”nun azarkeşləri komandanın ulduz hücumçusu Vinisius Junioru fitə basıblar.
İspaniya mətbuatında yayımlanan görüntülərdə braziliyalı futbolçunun oyundan əvvəl paltardəyişmə otağına aparan tuneldə əhvalının xeyli aşağı olduğu görünür. Ehtimal olunur ki, bu durum məhz tribunadan səslənən fitlərlə bağlıdır.
Kadrlar zamanı Vinisiusun yanına Kilian Mbappe yaxınlaşaraq hücum xəttindəki tərəfdaşını təsəlli etməyə və ruhlandırmağa çalışıb.
Qeyd edək ki, “Real” azarkeşlərinin Vinisiusu fitə basması ilk hal deyil. Azarkeşlərin braziliyalı futbolçunun davranışları ilə bağlı müəyyən narazılıqları olduğu bildirilir.