29 iyun 2026. Bazar ertəsi

“Real” “Levante”ni məğlub etdi


“Real” “Levante”ni məğlub etdi

İspaniya La Liqasının 2025/2026 mövsümünün 20-ci turu çərçivəsində Madrid “Real”ı doğma meydanda “Levante”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, “Santyaqo Bernabeu” stadionunda keçirilən qarşılaşmanı baş hakim Miqel Sesma Espinosa idarə edib. Görüş Madrid təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesab 58-ci dəqiqədə açılıb. “Real”ın hücumçusu Kilian Mbappe 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 65-ci dəqiqədə isə müdafiəçi Raul Asensio fərqlənərək meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb.

Qeyd edək ki, ötən turda “Real” “Betis” üzərində 5:1 hesablı inamlı qələbə qazanmışdı. “Levante” isə “Espanyol”la oyunda heç-heçə edib — 1:1.

Növbəti turda “kral klubu” yanvarın 24-də “Vilyarreal”la qarşılaşacaq. “Levante” isə yanvarın 23-də “Elçe” ilə üz-üzə gələcək.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"