18 yanvar 2026. Bazar günü

“Betis” evdə “Vilyarreal”a qalib gəldi


“Betis” evdə “Vilyarreal”a qalib gəldi

İspaniya La Liqasının 2025/2026 mövsümünün XX turu çərçivəsində keçirilən “Betis” – “Vilyarreal” oyunu başa çatıb.

90deqiqe.Az xəbər verir ki, Sevilyada yerləşən “Olimpiko de Sevilya — La Kartuxa” stadionunda baş tutan qarşılaşmanı baş hakim Viktor Qarsiya Verdura idarə edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 57-ci dəqiqədə “Betis”in hücumçusu Aytor Ruibal açıb. 77-ci dəqiqədə “Vilyarreal”ın yarımmüdafiəçisi Santyaqo Komeşanya birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 83-cü dəqiqədə isə yarımmüdafiəçi Pablo Fornals fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra “Betis” 20 oyundan 32 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Vilyarreal” isə 19 matçdan 41 xalla 3-cü sırada yer alır.

Qeyd edək ki, ötən turda “Betis” “Oviedo” ilə 1:1 hesablı heç-heçə edib. “Vilyarreal” isə “Alaves” üzərində 3:1 hesablı qələbə qazanıb. Növbəti turda “Betis” 25 yanvar tarixində “Alaves”lə, “Vilyarreal” isə 24 yanvarda Madridin “Real” klubu ilə qarşılaşacaq.







İspaniya L.L.

“Real” “Levante”ni məğlub etdi
  • İspaniya L.L.
  • 19:06 17.01.2026
“Real” “Levante”ni məğlub etdi
Mbappe Vinisiusa dəstək oldu
  • İspaniya L.L.
  • 18:00 17.01.2026
Mbappe Vinisiusa dəstək oldu