18 yanvar 2026. Bazar günü

"Onun qərarına hörmətlə yanaşacağıq"


"Onun qərarına hörmətlə yanaşacağıq"

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubun qapıçısı Mark-Andre ter Ştegenin mümkün olaraq “Jirona”ya keçidi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis məsələyə belə münasibət bildirib:

“Bu, onun qərarı və gələcək planlarıdır. Əlbəttə, son günlərdə və həftələrdə aramızda danışıqlar olub, lakin ümumilikdə bu, Dekunun (klubun idman direktoru) işidir. Biz isə sabahkı oyuna hazırlaşmalıyıq. Mark hazırda ‘Barselona’nın futbolçusudur, kapitanıdır və son 10 il ərzində komanda üçün çox vacib rol oynayıb. Onun verəcəyi istənilən qərara və arzularına hörmətlə yanaşacağıq”, — deyə Flikin sözlərini AS nəşri sitat gətirib.

Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən “Barselona”nın formasını geyinir. Bu müddət ərzində o, bütün turnirlərdə 423 oyunda iştirak edib və 176 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Almaniyalı qolkiperin klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkı bazar dəyəri 7 milyon avro təşkil edir.







İspaniya L.L.

“Real” “Levante”ni məğlub etdi
  • İspaniya L.L.
  • 19:06 17.01.2026
“Real” “Levante”ni məğlub etdi
Mbappe Vinisiusa dəstək oldu
  • İspaniya L.L.
  • 18:00 17.01.2026
Mbappe Vinisiusa dəstək oldu