21 yanvar 2026. Çərşənbə

“Həmişə maddi sıxıntıdan qorxmuşam”


“Həmişə maddi sıxıntıdan qorxmuşam”

“Real”ın sabiq futbolçusu Qaret Beyl həmişə maliyyə çətinliyindən qorxduğunu etiraf edib. 

90deqiqe.Az xəbər verir ki, "The Touchline" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Bankrot olmaq həmişə məni qorxudub. Mətbuatda idmançıların karyerasını bitirdikdən sonra maliyyə çətinliyi yaşaması barədə yazıları oxuyursan. Onlar pullarını necə idarə edəcəyini, əmlakları ilə nə edəcəyini bilmir. Çox idmançılar zəngin həyat yaşayır, mən isə buna çalışaraq yol verməməyə çalışmışam. Həmişə futbol sonrası həyatımı düşünürdüm. Karyeranı bitirəndə artıq maaş almırsan. İnsanlar həyatlarını necə yenidən qurur? Mən isə həmişə investisiyaları şaxələndirməyə çalışmışam. Bir layihə uğursuz olsa da, hər şeyi itirməyəcəyəm”.

Valyeyli oyunçu karyerasını 33 yaşında erkən bitirib.Karyerası ərzində Beyl “Sauthampton”, “Tottenhem”, “Real” və “Los-Anceles” klublarında çıxış edib.







İspaniya L.L.

Karvaxaldan Ronaldo və Messi müqayisəsi
  • İspaniya L.L.
  • 16:55 20.01.2026
Karvaxaldan Ronaldo və Messi müqayisəsi
“Bu mövsüm də bombardir olacaq”
  • İspaniya L.L.
  • 16:55 19.01.2026
“Bu mövsüm də bombardir olacaq”